`Günəşli`də faciədən sonra ilk quyu istismara verilib


00:23     16 İyul 2016 gunesli%20socar%20monitorinq.jpg

“Azneft” İstehsalat Birliyi tərəfindən “Günəşli” yatağında hasilatın artırılması və quyu fondunun genişləndirilməsi işləri uğurla həyata keçirilir.


Femida.az SOCAR-ın saytına istinadən məlumat verir ki, ötən il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş təbii fəlakətdən sonra özülün əsaslı təmiri aparılıb. Özüldəki 43 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin Fasilə lay dəstəsindən qaz-lift üsulu ilə mənimsənilərək, 2929-2888 metr intervaldan gündəlik 100 ton neft hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “Azneft” İB “28 May” NQÇİ tərfindən həyata keçirilir.

Açar sözlər:

Oxunub: 1290